Kimin ölümsüzlük gözləntisi yoxdur? Amma fakt budur ki, biz qocalırıq və ölürük. Bu dəfə o çağın çarxını əks istiqamətə çevirmək olar. Harvard Tibb Məktəbində bir qrup tədqiqatçı tərəfindən aparılan eksperimental araşdırma bunu deməyə əsas verir.

Xeyr, bu elmi fantastika hekayəsi deyil. Harvard Tibb Məktəbində molekulyar biologiya üzrə tədqiqatçı David Sinclair-in rəhbərlik etdiyi tədqiqatçılar qrupu laboratoriya şəraitində siçanın yaşını azaldıb!
Alimlər iddia edirlər ki, müəyyən növ zülallar köhnə hüceyrələri kök hüceyrələrə çevirə bilir. Bu üsuldan istifadə edərək, 2020-ci ildə siçanın gözünün görmə qabiliyyətini bərpa edə biliblər. Siçanın tor qişası qocalmadan zədələnib, lakin elm adamları həmin tor qişa hüceyrələrini bərpa edə biliblər. Alimlər bu təcrübədən istifadə edərək bu dəfə siçanın yaşını azaldıblar.

2006-cı ildə yapon alimi Shinya Yamanaka dəri hüceyrələrinin yaşını süni şəkildə artıra bilib. O, bu kəşfə görə Nobel də aldı. Bu gün yaşlanma əleyhinə dəri müalicəsi artıq tibb sahəsində geniş şəkildə istifadə olunur.
Harvard Tibb Məktəbinin tədqiqatçıları uzun müddətdir ki, insanlarda qocalma prosesini geri qaytarmağa çalışırlar. Eyni zamanda doğulan iki siçan üzərində aparılan təcrübələrdə alimlər siçanlardan birində xüsusi zülallar və genetik modifikasiyalar həyata keçiriblər. Müşahidə olunub ki, bir siçan getdikcə qocalsa da, digər siçana yaşı təsir etməyib.
Bununla belə, ekspertlər bildirirlər ki, tədqiqat biologiya sahəsində yeni üfüqlərə işarə etsə də, bütün məsələ ilə bağlı hazırda bir nəticəyə gəlməyə ehtiyac yoxdur, daha ətraflı araşdırmalara ehtiyac var.